Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SÜRƏYYA HƏSƏNOVA
(baş müəllim)

Sürəyya Allahverən qızı   Həsənova 1 aprel 1951-ci ildə  Azərbay­can Respublikasının Tovuz rayonunda anadan  olmuş­dur. 1968-ci illərdə Tovuz rayonu İbrahimhacılı kənd orta mək­təbini bitirmişdir. 1969-1975-ci illərdə Azərbaycan Dillər   Uni­versitetinin ingilis dili fakültəsində oxu­muşdur. 1975-1989-cu illər ADPU-nun “Xalq maarifinin idarə edil­məsi” kafedra­sının laborantı, 1990-1995-ADPU-nun “Müasir Azərbay­can dili” kafedrasının  baş laborantı,  1995-1999- ADPU- nun “Xa­rici dillər”  ka­fed­rasının   müəllimi,  1999-2013-cü illərdə ADPU-nun «Xa­rici dillər”  ka­­fedrasının  baş müəllimi  vəzifə­sində işlə­miş  və 2016-cı ildən İngilis dili kafedrasının (indiki Xarici Dillər Mərkəzi)  baş müəl­limidir. 30 elmi məqalənin müəl­lifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.