Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

 

ŞUMEROLOQ ALİMLƏ GÖRÜŞ

 

20 may 2021-ci il tarixdə Filologiya fakültəsinin dekanı, prof. Mahirə
Hüseynovanın təşkilatçılığı və rəhbərliyi ilə “Şumer-Azərbaycan ədəbi əlaqələri”
mövzusunda geniş onlayn formatda elmi seminar keçirildi. Seminara Azərbaycanda
şumer dili və əifbasını bilən yeganə alim, filologiya elmləri doktoru, şumeroloq alim,
AMEA Folklor İnstitutu “Folklor və yazılı ədəbiyyat” şöbəsinin elmi işçisi İslam Sadıq dəvət edilmişdi.
Seminarı giriş sözü ilə açan prof. Mahirə Hüseynova bəşər tarixində şumer
mədəniyyətinin izlərindən danışdı. Dilçi-alim qeyd etdi ki, dünyada ilk mədəniyyətin
altında şumerlərin imzası var. Bu mədəniyyətin böyük bir hssəsi isə yaradıcılıq
örnəklərindən ibarətdir. Şumerlərin mifoloji mətnləri, lirik şeirlər, beşik nəğmələri,
təmsillər, 9 qəhrəmanlıq dastanı yazılı şəkildə bizə gəlib çatsa da, şumer-türk ədəbi
əlaqələri adı altında çox sirlər gizlənir. Dünya sivilizasiyanın başlanğıcını
şumerlərdən götürsə də, Azərbaycanda şumer dili və ədəbiyyatının sistemli tədqiqi
müxtəlif ideoloji təzyiqlərlə qarşılanmış, Azərbaycan ədəbiyyatı və folklorunun bir
çox problemlərinin araşdırılmasında Avropa alimlərinin əsərlərinə, nəzəriyyələrinə
istinad edildiyindən yanlış nəticələr çıxarılmışdır. Prof. Mahirə Hüseynova
şuneroloq alim İslam Sadığın fakültə əməkdaşları, doktorant, magistrant və
tələbələrlə görüşünün də qaranlıq mətləblərə aydınlıq gətirmək məqsədilə təşkil
edildiyini vurğuladı.
İslam Sadıq “Şumer-Azərbaycan ədəbi əlaqələri” mövzusunda məruzə ilə
seminarı davam etdirdi. Türkün mədəni irsi, dili və ədəbiyyatından bu gün də əlində
dəlil oldu-olmadı, nəsə götürüb öz kültürünə qatmağa çalışanlara qarşı şumer tarixi,
ədəbiyyatı və dilini alim əvəzsiz örnək adlandırdı. Mixi yazılı mətnlərinin
öyrənilməsinə ömrünü sərf edən alim ortaq şumer sözlərindən musallar çəkərək
Azərbaycan dilinin əsasında da bu dilin dayandığını vurğuladı.
İslam Sadıq şumer əlifbası və şumer dili, ortaq şumer-türk sözləri, şumer
folkloru və “Kitabi-Dədə Qorqud”, şumer panteonunda yaradıcı tanrılarla bağlı

araşdırmalarından gəldiyi qənaəti həvəslə seminar iştirakçıları ilə bölüşdü. Alimin
“şumerlərin qədim məskəni Azərbaycan ərazisi olmuşdur” fikri fakültənin professor-
müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılandı.
Elmi seminarda iştirak edən doktorant, magistrant və tələbələr onları
maraqlandıran suallarla İslam Sadığa müraciət etdilər. Fakültə əməkdaşları – prof.
Yaqub Babayev, prof. Elman Quliyev, dos. Nazilə Abdullazadə çıxış edərək belə bir
görüşün təşkilinə görə fakültə rəhbərliyinə və şumeroloq alimə təşəkkürlərini
bildirdilər.
Elmi seminarın sonunda fakültə dekanı prof. M.Hüseynova İ.Sadığın tələbələrə
Şumer ədəbiyyatı və dili darədə mühazirələr oxumaq təklifini böyük məmnuniyyətlə
qəbul etdi və belə görüşlərin Azərbaycan mədəniuyyəti və elminin dünyay
tanıdılmaında rolunu yüksək qiymətləmdirdi.