Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SOLTAN HÜSEYNOĞLU
(pedaqogika elmlər doktoru, professor)

Soltan Hüseyn oğlu Əliyev 1948-ci idə  Cəbrayıl rayonu Əmirvarlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Soltanlı kənd orta məktəbini bitirdikdən sonra Bakı şəhərinə gəlmiş, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filolo­giya fakültəsinə qəbul olmuşdur. 1971-ci ildə institutu əla qiymətlərlə bitirib təyinatla Saatlı rayonuna müəllim göndəril­miş və 1971-1972-ci tədris ilində orada  işləmişdir. 1972-ci ildə təhsil aldığı institutun aspiranturasının əyani şöbəsinə daxil olmuş, oradan hərbi xidmətə çağırılmışdır. 1976-cı ildə aspiran­tu­ranı bitirmiş, olduğu Ədəbiyyat və onun tədrisi metodikası kafedrasında işə qəbul edilmişdir.1989-cu ildə namizədlik dissertasiyası müdafiə etmiş,  pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Soltan Hüseynoğlu Kurikulum əsasında orta ümumtəhsil məktəb­lərinin V və VII-XI siniflər üçün ədəbiyyat dərslikləri və metodik vəsaitlərin müəlliflərindəndir.

Otuz ilə yaxındır ki, “Azərbaycan dili və ədəbiyyatın tədrsi” jurnalında şöbə redaktoru vəzifəsində çalışır. 130-dan yu­xarı elmi-me­tod­ik məqalənin, orta ümumtəhsil və ali mək­təb­lər üçün 5 fənn proqra­mının,  20-yə qədər  dərslik, 21 dərs vəsai­tinin müəllifidir. Ailəlidir, 2 övladı, 2  nəvəsi var.