Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ŞÖHRƏT MƏMMƏDOVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Şöhrət Nüsrət qızı Məmmədova 1976-cı ildə Tovuz rayo­nunda anadan olmuşdur. R.İsmayılov adına Düz Cırdaxan kənd orta məktəbini əla qiymətlərlə başa vurub  1993-cü ildə BDU-nun filologiya fakültəsinin bakalavr, 1997-ci ildə isə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomu ilə bitir­mişdir.

2001-ci ildən ADPU-nun Ədəbiyyat və onun tədrisi metodikası kafedrasında müəllim vəzifəsində çalışır. 2010-cu ildə “Mirvarid Dilbazi və uşaq ədəbiyyatı” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. 2009-2016-cı illərdə kafed­ranın baş müəllimi vəzifəsində çalışmış, 2016-cı ildə dosent elmi adına layiq görülmüşdür.

Uşaq ədəbiyyatına dair 5 dərs vəsaiti, monoqrafiya və fənn proqram­larının, respublikada və xarıcdə nəşr olunan 50-ə yaxın məqa­lənin  müəllifidir.

Hazırda Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.