Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SİMUZƏR ƏLİYEVA
(filologiya üzrə fəlsəfə doktoru, baş müəllim)

Simuzər Əliyulla qızı Əliyeva 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Binəqədi rayonundakı 182 saylı  məktəbə getmiş, 1974-cü ildə məktəbi bitirmişdir. Həmin il kecmiş Lenin adına APİ-nin filologiya fakültəsinə daxil olmuşdur, 1978-ci ildə ali məktəbi Azərbay­can dili və ədəbiyyat müəllimi ixtisası  üzrə bitirmişdir.  1979-cu  ildən Bakı şəhəri Xalq Maarif İdarəsinin nəzdində ÜİLKGİ-nin 50 illiyi adına  Uşaq Parkında baş metodist vəzifəsində çalışmaql yanaşı, ədəbiyyat üzrə Bədii qiraət dərnəyinə rəhbərlik etmişdir. 1991-ci ildən ADPU-nin filolo­giya fakultəsində calışır. 2002-2012-ci illərdə ADDA-nın  Dillər kafedra­sında müəllim vəzifəsində çalışmışdır.

2007-ci ildə namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2014-cü ildə Ədəbiyyat və onun tədrisi metodikası kafedrasına muəl­lim qəbul edilmiş, 2019-cu ildə müsabiqə yolu ilə baş müəllim  keçmişdir. Respublika mətbuatında 25 məqaləsi, 7 tezisi, xaric­də 2 məqaləsi nəşr olunmuşdur. 2 fənn proq­ramı və Müasir Azər­­baycan ədəbiyyatının aktual problemləri və folklor (H.Arifin yaradıcılığı üzrə) dərs vəsaitinin  müəllifidir.