Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SEVİNC SADIXOVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Sevinc Əziz qızı Sadıxova 1970-ci ildə Ermənistanın Qafan şəhə­rində anadan olub.1978-1988-ci illərdə Qafan şəhər 4 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1988-1993 illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki BSU) rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə ali təhsil alıb və həmin institutu fərqlənmə diplomu ilə bitirib. 1993-1994-cü illərdə Bakı şəhəri Nəsimi rayon 42 saylı orta məktəbdə, 1994-1999-cu illərdə isə Bakı Elmi-Tədris Mərkəzinin Kompüter-İnformasiya Texnolo­gi­yaları İnstitutunda rus dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışıb, 1999-cu ildən ADPU-nun Rus dili kafedrasına müəllim vəzifəsinə işə qəbul olunub. 2001-ci ildə namizədlik disserta­siya­sını müdafiə etmiş və 2002-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 2005-ci ildən baş müəllim, 2012-ci ildən ADPU-nun Rus dili, daha sonra Xarici dillər və onların tədrisi metodikası kafedrasının, hazırda isə Xarici Dillər  Mərkə­zinin  dosentidir.

2019-cu təqvim ili üçün Bakı Slavyan Universitetində bakalavriat səviyyəsi üzrə buraxılış yekun Dövlət Attestasiya Komissiyasının 050103 “Xarici dil müəllimliyi” (Rus dili) ixtisası üzrə sədri təyin edilmişdir. Sevinc Sadıxova 28 məqalə, 7 tezis, 1dərsliyin həmmüəllifi, 1 monoqrafiya, 2 dərs vəsaiti və 1 metodik vəsaitin müəllifidir.