Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SEVİNC SADIQOVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Sevinc Sərhad qızı Sadıqova 1978-ci il mart ayının 11-də  Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Bakı şəhəri Sabunçu rayonunun 252 saylı orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 1995-ci ildə həmin məktəbi əla qiymətlərlə bitir­mişdir.

Sevinc Sadıqova 1995-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə qəbul olunmuş, 1999-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmiş, 1999-2001-ci illərdə­ Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültə­sinin Azərbaycan dilçiliyi kafedrasının magistri olmuş və oranı da fərq­lən­mə diplomu ilə bitirmişdir. 2006-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının Azərbay­can dili ixtisası üzrə dissertantı olmuş, “Dərələyəz toponim­lərinin linqvistik xüsusiyyətləri” mövzusunda filologiya elmləri üzrə fəlsəfə doktor­u elmi dərəcəsi almaq üçün dissertasiyanı vaxtın­dan əvvəl tamam­lamış və müdafiə üçün Bakı Dövlət Univer­sitetinin nəzdində fəaliyyət göstərən ixtisaslaşmış Dissertasiya Şurasına təqdim etmişdir. Dissertant olduğu müddətdə mövzusu ilə bağlı 15 məqalə və beynəlxalq konfrans­larda 2 tezis çap etdirmişdir. S.Sadıqovanın məqalələrinin 3-ü xarici ölkələrdə-Türkiyə, Özbəkistan və Qazaxıstanda nəşr olunmuşdur. O, 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru diplomunu almışdır.

S.Sadıqova əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonu N.Rzayev adına 169 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamış, 2003-2007-ci illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müəllimi, 2012-ci ildən baş müəl­limi seçil­mişdir. S. Sadıqova 2013-cü ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun filologiya üzrə elmlər doktoru proqramı üzrə dokto­rantıdır. 2015-ci ildə ADPU-nun Filologiya fakültə­sinin Elmi Şurasında dosent  vəzifəsinə  seçilmişdir.

O, 60-a yaxın məqalənin, bir dərs vəsaitinin, üç proqra­mın, bir kitabın (həmmüəllif) müəllifidir.