Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SEVDA MƏMMƏDOVA
(baş laborant)

1963-cü il noyabr 30-da Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. 1981-ci ildə  N.Nərimanov adına Şərur rayon orta məktəbi bitirərək M.F.Axundov adına  Azərbaycan Pedaqoji  Rus dili və ədəbiy­yatı İnstitutuna daxil olaraq 1986-cı ildə bitirib. 1982-1984-cü  illərdə Şə­rur rayonu, Kürdkəndi kənd məktəbində rus dili və ədəbiyyatı müəllimi, 1984-1998-cü illərdə Şərur şəhəri, 1 nömrəli məktəbdə rus dili və ədə­biy­yatı müəllimi, 1998-2001-ci illərdə Azərbaycan  SSR Nazirlər  Soveti nəzdində   Xalq Təsərrüfatı İdarəetmə İnstitutunun tədris şöbə­sin­də me­todist, 2003-2014-cü illərdə ADPU-nun Rus dili kafedrasında baş labo­rant olub.  Hazırda ADPU-nun Xarici Dillər Mərkəzində  laborant vəzi­fəsində işləyir.

4 elmi  məqalənin  müəllifidir.

Ailəlidir, 4 övladı var.