Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SEVDA AĞAYEVA
(baş müəllim)

Sevda Ağayeva Aydın qızı 1968-ci il  mayın 17-də Qazax rayonu­nun Dağkəsəmən kəndində anadan olmuşdur.1985-ci ildə Bakı şəhəri Səbail rayonu M. Rahim adına ingilis dili təmayüllü 7 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Azərbaycan Dillər universitetinin İngilis dili fakültəsinə daxil olmuş, 1991-ci ildə SSRİ-nin 50 illiyi adına ADİ-nin ingilis dili ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1989-1992-ci ilə kimi APİ-də kitabxanaçı işləmişdir. 1992-1995-ci ilə qədər ADPU-nun Xarici dillər kafedrasında baş laborant, 1995-2003-cü ilə qədər ADPU-nun Xarici dillər kafedrasında müəllim işləmişdir. 2003-cü ildən ADPU-nun Xarici dillər kafedrasının (2016-cı ildən İngilis dili, hal-hazırda Xarici Dillər Mərkəzi) baş müəllimi vəzifəsində çalışır. 2001-ci ildən ADPU-nun TEC konfrasında tələbələrin elmi rəhbəridir.

Ailəlidir, 1 qızı və 1 oğlu var.

Beynəlxalq Sertifikatları:

1.Teaching Knowledge Test (TKT) Module 1; BAND 3

4 kitabın və respublika daxilində 8 məqalənin müəllifidir.