Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SEVDA ABBASOVA
(pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müdiri )

Sevda İslam qızı Abbasova 21 may 1960-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.1976-ci ildə Bakı şəhəri Binəqədi qəsəbəsi 182 nömrəli orta məktəbi bitirmişdir. 1983-cü ildə ADU-nun Filologiya fakültəsini bitirmişdir.

1994-cü ildən pedaqogika üzrə fəlsəfə doktoru, 2004-cü ildən do­sentdir.1983-1987-ci illərdə Bakı şəhəri 182 nömrəli tam orta məktəb­də kitabxanaçı, 1987-1988-ci illərdə Təhsil Problemləri İnstitutunda (keçmiş Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutu) kadrlar üzrə inspektor, 1988-ci ildə Təhsil Problemləri İnstitutunda Azərbaycan dilinin tədrisi metodikası üzrə aspirantura, 1990-cı ilədək elmi işçi, 1994-cü ildən 2000-ci ilədək böyük elmi işçi, aparıcı elmi işçi, 2010-cu ildən 2015-ci ilədək Təhsil Nazirliyində aparıcı məsləhətçi işləmişdir. 2016-ci ildən Azərbaycan Müəllimlər İnstitutunda dosent vəzifəsində işləmişdir. 15.09.2016-cı ildən ADPU-nun Azərbaycan dili və onun tədrisi texnolo­giyası kafedrasında müəllim kimi fəaliyyət göstərir. 67 elmi-metodik məqalənin  və 8 kitabın müəllifidir.