Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SARIGÜL SADIXOVA
(müəllim)

Sarıgül Oruc qızı Sadıxova 1960-cı ildə Ermənistan SSR Ararat rayonu Şirazlı kəndində anadan olmuşdur. 1968-ci ildə İ.Nəsimi adına Şirazlı kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi bitirmişdir.1980-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuşdur. 1985-ci ildə həmin institutun ingilis və fransız dilləri ixtisası üzrə tam kursu bitirmişdir. 1985-1990-cı illərdə Leninqrad şəhərinin peşə məktəbləri üzrə təkmil­ləşdirmə institutunun Bakı filialında, 1990-cı ildən 2001-ci ilə kimi isə AMİ-də müxtəlif vəzifələrdə (kitabxanaçı, laborant, kitabxana müdiri, metodist) çalışmışdır. 2001-ci ildən AMİ-nin Xarici Dillər kafed­rasında müəllim vəzifəsində işləmiş. Azərbaycan Prezidentinin fərmanı ilə AMİ-nin ADPU-ya qoşulmasından sonra həmin universitetin İngilis dili kafed­rasının əməkdaşıdır. Onun respublikamızda nəşr olunan nü­fuzlu elmi jur­nallarda 15 məqaləsi dərc olunmuşdur. Sarıgül Sadıxova eyni za­manda  1 proqramın da müəllifidir.