Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SAKİBƏ ƏLƏSGƏROVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

1962-ci ildə  Kəlbəcər şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1980-ci ildə Kəlbəcər şəhər 1 saylı orta məkt-əbini fərqlənmə ilə bitirmişdir. 1980-1984-cü illərdə ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1988-1992-ci illərdə ADPU-nun aspiranturasını bitirmişdir. 2005-ci ildən ADPU-nun Dünya ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, vəzifəsində çalışıb. 2004-cü ildə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. «1941-1946-cı illər Cənubi Azərbaycan Milli Hərəkatının bədii ədəbiyyatda inikası» adlı doktorluq işi üzərində çalışır. “M.Ə. Möcüz Şəbüstəri”, “XX əsr satira tarixi” adlı elmi monoqrafiyaların, “Türk xalqları ədəbiy­yatının vəzn və janr sistemi” adlı dərs vəsaitinin, “Poetika”, “N.Gəncəvi irsi”, “Türk xalqları ədəbiyyatının vəzn və janr sistemi”, “Qədim dünya ədəbiyyatı (Şərq-Qərb)” adlı proqram­ların müəllifidir. Respublika və xarici ölkə jurnallarında 90-a yaxın  elmi məqaləsi nəşr olunmuşdur. 50-yə yaxın publisistik yazının müəllifidir. 17 beynəlxalq sertifikatı var. 2016-cı ildə Təhsil naziri tərəfindən Fəxri Fərmanla təltif olunub. 2018-ci ilin sonlarında Qızıl Qələm mükafatı laureatı olmuşdur. 2018-ci ildə keçirilən Azərbaycan Müəllimlərinin XV Qurultayının nüma­yəndəsidir. Əməkdar müəllimdir.