Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SAHİLƏ İBRAHİMOVA
(fakültə tyutoru)

Sahilə Rafiq qızı İbrahimova 1986-cı il 22 dekabrda Füzuli rayonu Mollaməhərrəmli kəndində anadan olmuşdur. 1994-2005-ci illərdə Bakı şəhəri, Binəqədi rayonu, 297 saylı orta məktəb başa vuran S.R.İbra­himova. 2006-cı ildə ADPU-nun Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası bakalavr pilləsi daxil olmuş və 2010-cu ildə ali məktəbifərqlənmə diplomu ilə bitirmişdir. 2010-2012-ci illərdə ADPU-nun Dilşünaslıq istiqaməti Azərbaycan dili ixtisası üzrə magistr təhsili almışdır. 2012-ci ildə ADPU-nun qiyabi Azərbaycan dili ixtisası üzrə doktoranturada təhsil alır. 2012-ci ildən  ildən ADPU-nun Filologiya fakültəsində tyutor vəzifəsində çalışır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti 15.05.2012 – 29.06.2012 tarixlərdə tyutor işinin təşkili haqqında 120 saat həcmində kursu bitirmişdir.

Avstriyanın Vyana şəhərində Deutsch Akademie.05.08.2013-30.08.2013 tarixlərdə Xarici dil (ingilis dili) kursu keçmişdir. Level C1 sertifikatı almışdır. Azərbaycan, türk, rus, ingilis dillərini bilir. Beynəl­xalq və yerli konfranslarda iştirak etmişdir. Çıxışçı və  iştirakçı sertifikatı almışdır. 34 elmi məqalə (3 xaricdə olmaqla) müəllifidir.

2006-cı ildə YAP-ın  üzvüdür.

Ailəlidir, 1 övladı var.