Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ŞAHANƏ MƏHƏRRƏMOVA
(filologiya üzrə fəlsəfə doktoru, müəllim)

Şahanə Əliyənnağı qızı Məhərrəmova 1982-ci il iyunun 3-də Qərbi Azərbaycanın Krasnaselo rayonunun Toxluca kəndində anadan olmuş­dur. 1989-cu ildə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi T.Məm­mədov adına 239 saylı orta məktəbi bitirmışdir. 1999-2003-cü ildə  ADPU-nun  Filologiya  fakültə­sinin bakalavr pilləsini, 2003-2005-ci il tarixində magisrtatura bölməsini fərqlənmə diplomlarıilə bitirmişdir. 2007-2011-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin “Xarici dillər” kafedrasında, 2011-ci ildən “Dünya ədəbiyyatı”  ( indiki Ədəbiyyat) kafedrasında  böyük laborant vəzifəsində çalışıb.  2013-cü ildən “Dünya ədəbiyyatı” kafedrasında müəllim vəzifəsində çalışır. 2014-cü ildə “Azərbaycan ədəbiyyatı” kafedrasının dissertantura şöbə­sinə qəbul olmuşdur. 2015-ci ildən Azərbaycan və dünya ədəbiyyatı kafedra­sında çalışır. 2017-ci ildə filologiya üzrə fəlsəfə doktorudur.

25 elmi məqalənin müəllifidir. 2002-ci ildən YAP-ın üz­vüdür.