Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SƏRDAR ZEYNALOV
(filologiya elmləri doktoru, dosent)

Sərdar Səyyad oğlu Zeynalov 1954-cü il avqustun 3-də Naxçıvan MR Ordubad rayonunun Tivi kəndində anadan olub. 1970-ci ildə Tivi kənd orta məktəbini bitirib və V.İ. Lenin adına APİ-nin (indiki ADPU) dil-ədəbiyyat fakültəsinə daxil olub, 1974-cü ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib. Əvvəlcə Ordubad rayonundakı Xurs kənd səkkizillik məktəbində müəllim və tədris işləri üzrə direktor müavini, Naxçıvan MR Mədəniyyət Nazirliyində şöbə müdiri, 1980-cı ildən Tivi kənd orta məktəbində müəllim işləmiş­dir.1988-ci ildən Sabunçu rayonundakı 142 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyir. 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin  üzvüdür. 1999-cu ildə Orta məktəbin Azərbaycan dili dərsliklərində dilçilik məsələləri (1945-1995, sintaksis) mövzusunda nami­zədlik, 2015-ci ildə XX əsrin Azərbaycan dili dərsliklərində dilçilik məsələləri» adlı doktorluq dissertasiyası müdafiə etmişdir.

60 illik yubileyi ilə bağlı nəşr olunmuş “Sərdar Zeynalın poeziya və dilçilik salnaməsi” (Bakı, 2016 174 səh) adlı kitabda mərhum akademik Tofiq Hacıyev, akademik Nizami Cəfərov, Əməkdar elm xadimi professor Qəzənfər  Kazımov və digər­lərinin onun yaradıcılığından bəhs edən geniş elmi məqalələri dərc olunmuşdur.

S.S.Zeynalov orta məktəbdə işləməklə yanaşı 2000-ci ildən bugunə qədər Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (arada Azərbaycan Müəllimlər İnstitutunda) əvvəlcə Azərbaycan dilinin tədrisi metodikası, sonra isə Müasir  Azərbaycan dili kafed­rasında çalışmışdır. Hazırda Müasir Azərbaycan dili kafedrasında 0,5 ştat əvəzçiliklə müəllim vəzifəsində çalışır.

Ailəlidir, üç övladı , altı nəvəsi var.