Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SƏMİNƏ ABDULLAYEVA
(pedaqogika üzrə fəlsəfə doktoru, müəllim)

 

Səminə Sabir qızı Abdullayeva 1980-ci ildə Gəncə şəhə­rində ana­dan olmuşdur. Gəncə şəhər 2 nömrəli  orta məktəbi bitirib. 1998-2002-ci ildə Gəncə Dövlət Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası  fakültəsinin bakalavr dərə­cəsini bitirmişdir. 2002-2005-ci illərdə Gəncə Dövlət Univer­sitetin­də Pedaqogikanın tarixi və nəzəriyyəsi üzrə magistr dərə­cəsi almışdır. 2005-ci ildə Azərbaycan Müəllimlər İnstitutu­nunda filologiya üzrə yenidənhazırlanma təhsili almışdır. 1999-2001-ci illərdə  Gəncə Şəhər 4 saylı kitabxananın  filial müdiri kimi fəaliyyət göstərmişdir. 2003-2016-cı illərdə Gəncə Dövlət Universite­tində baş laborant, müəllimə  kimi çalışmışdır. 2016-cı ildə Azərbaycan Texnologiya Univer­sitetində  müəllimə, tədris inspektoru,müşavir vəzifə­sində çalışmışdır. 2016-cı ildə  fəlsəfə doktoru  proqramı üzrə  disserta­siya müdafiə etmişdir.  2018-ci ildən elmlər doktoru proqramı üzrə dis­ser­tantdır. 19 elmi-metodik məqalənin müəllifidir.

Mükafatları:

“Qızıl qələm” media mükafatı – 2017,

“Azərbaycan bayrağı” media mükafatı- 2017