Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ŞƏLALƏ MAHMUDOVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Şəlalə Əmirxan qızı Mahmudova 1967-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1974-cü ildə Nəsimi rayonu 9 №-li orta mək­təbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş və 1989-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində əmək fəaliy­yətinə başlamış, laborant, baş laborant vəzifələrində çalışmış­dır. 1995-ci ildə Azərbaycan Universitetində müəllim vəzifəsinə qəbul edil­mişdir. 2002-ci ildə müsabiqə yolu ilə Azər­baycan Müəllimlər İnstitu­tunun “Azərbaycan dili, ədəbiyyatı və onun tədrisi metodikası” kafedra­sında müəllim, 2004-cü ildə baş müəllim vəzifəsini tutmuşdur. 2010-cu ildə “Əliağa Kürçaylı və poetik tərcümə məsələləri” mövzusunda disser­tasiya  müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini,  2014-cü ildə dosent elmi adını almışdır. 2016-cı ildən Azərbaycan Dövlət Peqaqoji Universitetinin Ədəbiyyatın tədrisi texnologiyası kafed­rasında dosent vəzifəsində çalışır. Xarici jurnallarda 6, respublika elmi-dövri mətbuatında 30 elmi məqaləsi nəşr olun­muşdur.   Uşaq ədəbiyyatı üzrə  fənn  proqramı,  1 dərs vəsaiti və 3 metodik tövsiyə­lərin müəllifidir.

Ailəlidir, 1 qızı,  1 oğlu var.