Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ŞƏLALƏ MƏMMƏDOVA
(müəllim)

Şəlalə Arif qızı Məmmədova 1976-cı ildə avqustun 8-də Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri Binəqədi rayonundakı 3 nömrəli məktəbi bitirmiş, 1994-cü ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 1998-ci ildə bakalavr təhsilini başa vurub, elə həmin il Azərbaycan Dillər Universitetinin magistratura pilləsinə daxil olmuşdur. 2011-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici Dillər kafedrasında (indiki Xarici Dillər Mərkəzi) müəllim vəzifəsində çalışır. 2016-ci ildən Azərbaycan Dillər Universite­tinin Ümumi Dilçilik kafedrasında Dil nəzəriyyəsi ixtisası üzrədisser­tantdır. Ş.Məmmədova Respublika daxilində nəşr olunmuş elmi jur­nallarda 10 məqalə və 4 tezis və 1 dərs  vəsaitinin, respublikadan xaricdə isə çap olunmuş1 məqalənin müəllifidir.

Ailəlidir, iki qızı var.