Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SƏKİNƏXANIM VƏLİYEVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Səkinəxanım Fazil qızı Vəliyeva 1962-ci ildə Abşeron rayon Saray qəsəbəsində anadan olmuşdur.1968-ci ildə 1 nömrəli orta məktəbə daxil olmuşdur. S.Vəliyeva 1979-cu ildə orta məktəbi bitirib, SSRİ-nin 50 illiyi adına Xarici Dillər İns­titutuna qəbul olmuşdur. 1984-cü ildə Xarici Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş və 1993-cü ilə kimi tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1993-cü ildən ADPU-nun Xarici dillər kafedrasında müəllim işləyir. 1997-ci ildə namizədlik dissertasi­yasını müdafiə etmişdir. S. Vəliyeva 2003-cü ildə gənc alimlər müsabi­qə­sinin qalibi olmuşdur.2009-cu ildən Xarici dillər kafedrasının dosenti­dir. O, 30 məqalə və 1 dərs vəsaitinin müəllifidir. Bundan əlavə 25  dissertasiyaya rəyçi olmuşdur.

Ailəlidir, 2 övladı var.