Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SƏİDƏ DADAŞOVA
(Filologiya üzrə fəlsəfə doktoru, baş müəllim)

Səidə Bəhlul qızı Dadaşova 16 avqust 1977-ci ildə Beyləqan rayo­nunun Şəfəq qəsəbəsində anadan olmuşdur.1994-cü ildə şəhid Hüsaməd­din İsmayılov adına orta məktəbi bitirmişdir.YAP-ın üzvüdür. 2001-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.2003-cü ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin magistratura dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildən ADPU-da müəllim, 2008-ci ildən isə baş müəllim vəzifəsində çalışır. 2016-cı ildən Filo­logiya fakültəsinin Tədris-Metodiki Şurasının üzvüdür. 2019-cu ildən Filologiya fakültəsinin Elmi Şurasının üzvüdür. Filologiya fakültəsinin tələ­bələri üçün yazılmış  “Orta əsrlər fransız ədəbiyyatı”,“Ixtisas ölkə­sinin ədəbiyyatı” (orta əsrlər fransız ədəbiyyatı IX-XV əsrlər) və  “Ölkəşünaslıq” adlı  dərs vəsaitlərinin müəllifidir.

Respublika daxilində 1 monoqrafiyanın, 14 məqalənin, 5 proqra­mın, 1 tezisin, respublika xaricində isə 2 məqalənin müəllifidir.