Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SƏDAQƏT İSGƏNDƏROVA
(müəllim)

Sədaqət Məmmədağa qızı İsgəndərova 23 aprel 1960-cı il tarixində Bakı şəhərində anadan olub. 1967-ci ildə Bakı şəhərindəki 199 saylı məktəbə daxil olunmuş, 1977-ci ildə isə həmin məktəbi bitir­mişdir. 1978-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olaraq, paralel  1977-ci ildən 1981-ci ilədək Neft və Kimya institutunda laborant işlə­mişdir.

1981-ci ildə ailə qurmuş,1983-cü ildə həyat yoldaşının işi ilə əlaqədar olaraq Liviyaya getdiyinə görə akademik məzuniyyət götür­müşdür. 1984-cü ilin ortalarınadək orada yaşamış, 1984-cü ildə ölkəyə qayıtdıqdan sonra təhsilini davam etdirmiş və 1986-cı ildə həmin insti­tutu bitirmişdir. 2000-ci  ildən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllimdir. O, Respublikamızda nəşr olunan jurnallarda 10 elmi məqalə dərc etdirmişdir.

Ailəlidir, 4 qızı 3 nəvəsi var.