Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ŞƏBNƏM XƏLİLZADƏ
(müəllim)

Şəbnəm Şahin qızı Xəlilzadə 1990-cı il iyunun 29-da Bakı şəhərin­də anadan olmuşdur. 2007-ci ildə Bakı şəhəri, 282 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Azərbaycan Dillər Universitetinin Tərcümə (İngilis dili) fakültəsinə daxil olmuş və 2011-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcümə (İngilis dili) fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2013-cü ildə Azərbaycan Dillər Universitetinin Əlavə Təhsil fakültəsinə (İn­ilis dili müəllimliyi) daxil olmuşdur. 2014-cü ildə Azərbaycan Dillər Universitetinin Əlavə Təhsil fakültəsini (İngilis dili müəllim­liyi) bitirib, həmin ildə Azərbaycan Dillər Universite­tinin magistr pilləsinin Filologiya Ədəbiyyatşünaslıq (İngilis ədəbiyyatı) fakültəsinə daxil olmuş və 2016-cı ildə həmin fakül­təni fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ildən ADPU-nun İngilis dili kafedrasının (indiki Xarici Dillər Mərkəzi)  müəllimi vəzifəsində çalışır. Ş.Xəlilzadə respublika  daxilində  5  məqalənin  müəllifidir.

Ailəlidir, 1 qızı var.

Beynəlxalq Sertifikatları

1.Ielts( academic)-overall band score 6, CEFR level B2

2.Teaching Knowledge Test(TKT) Module 1: Band 3

3.Teaching Knowledge Test(TKT) Module 2 : Band 3

4.Teaching Knowledge Test(TKT) Module 3: Band 3