Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SƏBİNƏ İSGƏNDƏROVA
(filologiya üzrə fəlsəfə doktoru, baş müəllim)

Səbinə Hüsaməddin qızı İsgəndərova 4 mart 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1999 cu ildə 300 saylı orta məktəbi fərqlənmə ilə bitirmişdir. Həmin ildə Azərbaycan Dillər Universitetinin Pedaqoji (ingilis fransız dilləri)fakültəsində təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2005-ci illərdə Azərbaycan Dillər Universi­tetinin Dilşü­naslıq ingilis dili ixtisası üzrə  Magistratura şöbəsində təhsil almış və magistr səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2008-ci illərdə Azərbaycan Dillər Universitetinin əyani aspiranturasında təhsilini davam etdirmişdir. 2010-cu ildə dissertasiya müdafiə etmişdir. 2011-ci ildə filologiya üzrə fəlsə­fə doktoru elmi dərə­cəsi almışdır. 2009-2011-ci illərdə Bakı Döv­lət Universitetinin Mexa­nika-Riyaziyyat fakültəsində müəllim kimi işləmışdır. 2011-ci ildən  Azər­baycan Dövlət Peda­qoi Universitetinin Filologiya fakültəsinin İn­gilis dili və onun tədrisi metodikası kafedrasında (indiki Xarici Dillər Mərkəzi) müəllim, baş müəl­lim vəzifəsində işləyir. Respublika daxilində 9 məqalənin müəllifi­dir.

Ailəlidir. 2 övladı var.

Beynəxalq Sertifikatları:

1.İELTS (academic) overall band score 6

2.Teaching Knowledge Test (TKT) Module 1-band 4

3.Teaching Knowledge Test (TKT) Module 2-band 3