Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

RAZİM MƏMMƏDOV
(filologiya üzrə fəlsəfə doktoru, dosent, Ədəbiyyat kafedrasının müdiri )

Razim Əli oğlu Məmmədov1959-cu il 8 iyul tarixində Gürcüstan Respublikası Bolnisi rayonu Akaurla kəndində anadan olub.

R.Məmmədov 1978-1983-cü ildə Tbilisi Dövlət Pedaqoji İnstitu­tunda Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil aldıqdan sonra,1984-1986-cı illərdə Marksizm-leninizm Univer­sitetində fəlsəfə ixtisası üzrə təhsilini davam etdirmişdir. O, 1983-1991-ci illərdə Bolnisi rayonu Tapan kənd məktəbində müəllim işləyib.1987-ci ildə Bakı Dövlət Universitetinin disser­tantı olmuşdur.1990-cı ildə “Gürcüstanda Azərbay­can dilli mət­buatda ədəbiyyat məsələləri”mövzusunda namizədlik disser­ta­siyası müdafiə edib, filologiya elmləri namizədi (filologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. 1995-ci ildə AMEA Milli Müna­sibətlər İnstitutunda “Milli-mədəni və etnodil proses­ləri” şöbəsində elmi işçi vəzifəsində çalışmış.1995-2002-ci illərdə AMEA Beynəlxalq Müna­si­bətlər İnstitutunda “Azərbay­can diasporu” şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1994-1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutun­da baş müəllim, 2006-2011-ci il illərdə AMİ-də“İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsində dekan,2011-2012-ci illərdə Filologiya və təhsildə sosial-psixoloji xidmət” fakültə­sində dekan, 2012-2015-ci illərdə tədris işləri üzrə prorektor, 2016-2017-ci illərdə ADPU-da “Təhsilin keyfiyyətinin artırıl­ması və monitorinqi” bölməsinin müdiri, 2017-2019-cu illərdə ADPU-nun “Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” fakül­təsində dekan müavini vəzifə­lərində çalışmışdır. 2019-cu ildən həmin uni­versitetin “Azərbay­can və dünya ədəbiyyatı” (indiki Ədəbiyyat) kafed­rasının müdiridir. 2009-cu ildə dosent elmi adı almışdır.

Ailəlidir, iki övladı var.

Monoqrafiya, dərslik, dərs və metodik vəsaitləri:

  1. Gürcüstanda Azərbaycandilli mətbuat (Ensiklopedik məlumat kitabı) Bakı, “Azərbaycan” nəşriyyatı, 1995, 36 səh.
  2. Gürcüstanda Azərbaycan mətbuatı və ədəbi mühit ( Mo­noqra­fiya), Bakı, Xəzər Universitetinin nəşriyyatı, 2000, 140 səh.
  3. Pedaqoji ustalıq,(Metodik vəsait, həmmüəllif) Bakı, “Müəllim” nəşriyyatı, 2008, 84 səh.
  4. Azərbaycan ədəbiyyatı tarixi, Ali təhsilin bakalavr pilləsi üçün fənn proqramı. Bakı, 2008, 34 səh.
  5. Tiflis mətbuatı. Azərbaycan mətbuat tarixi antolo­giyası (2 cilddə, II cild) Bakı, “Elm və təhsil”, 2011, səh. 333-358.
  6. Azərbaycan diasporunun görkəmli tarixi şəxsiyyətləri. Azərbaycan diasporu-ensiklopedik məlumatlar toplusu. Bakı, 2012, səh: 215-259.
  7. Əziz Şərif və Tiflis Dövlət Azərbaycan Teatrı (monoqrafiya) Bakı, “Müəllim” nəşriyyatı, 2014, 115 səh.
  8. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016, 199 səh.
  9. Ədəbi tənqid tarixi (fənn proqramı, tərtibçilər Razim Məmmədov, Yadulla Dadaşlı) Bakı, 2018, 70 s.