Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

RAMİL ƏLİYEV
(filologiya elmləri doktoru, professor)

Ramil Manaf oğlu Əliyev 1953-cü il sentyabr ayının 28-də Аzərbaycan Respublikasının Şəki şəhərində anadan olmuşdur. 1960-1970-ci illərdə Şəki şəhər 10 №-li orta məktəbdə təhsil almış, 1970-1971-ci illərdə Şəki mətbəəsində çalışmışdır. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültə­sində oxumuşdur.1983-cü ildə Nizami adına Аzərbaycan ədə­biy­yatı tarixi muzeyində, 1983-1995-ci illərdə Elm nəşriy­ya­tında işləmiş, 1992-ci ildə Mifoloji görüşlər və onların Аzər­baycan nağıllarında izləri mövzusunda namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildən filolo­giya üzrə elmlər doktorudur. 2014-cü ildə AAK-ın qərarı ilə professor elmi adını almışdır.1995-2002-ci illərdə АMEА Milli Münasibətlər İnstitu­tunda, 2002-ci ildə АMEА Folklor İnstitu­tunda böyük elmi işçi, aparıcı elmi işçi, 2009-cu ildən Azərbay­can Müəllimlər İnstitutu Azər­baycan dilinin tədrisi metodikası kafedrasında müəllim vəzifəsində çalışmış, 2010-cu ildən Аzər­baycan ədəbiyyatı və onun tədrisi metodikası kafedra­sının dosenti vəzifəsini tutmuşdur. Sonra həmin kafedranın müdiri olmuş, 2015-ci ildən elmi işlər üzrə prorektor təyin olunmuşdur. 100-dən artıq kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, proqram, məqalə və metodik işlərin müəllifidir.

Аiləlidir. İki övladı, dörd nəvəsi vardır.