Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

RƏHİLƏ HÜMMƏTOVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Rəhilə Əşrəf qızı Hümmətova 1959-cu il iyunun 18-də Tovuz rayonunun Köhnəqala kəndində anadan olmuşdur. 1975-ci ildə Tovuz rayonunun Köhnəqala kənd orta məktəbini bitirmişdir, 1981-ci ildə APİ-nin filologiya fakültəsini bitirmiş­dir, 2005-ci ildə namizədlik disserta­siyasını müdafiə etmişdir. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. 1981-1982-ci illərdə Sabirabad rayonunun Qarağac kəndində Azərbay­can dili və ədəbiyyat müəllimi işləmişdir. 2001-ci ilə qədər Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. 2001-ci ildən ADPU-nun Azər­baycan dili və onun tədrisi texnologiyası kafedrasına müəllim təyin edilmişdir. 6 kitabın və 28 elmi məqalənin müəllifidir.

Mükafatlar

Bakı şəhər Baş Təhsil İdarəsi tərəfindən “Pedaqoji mühazirələr üzrə I dərəcəli Diplom (2004)”

Fəxri adlar

“İlin ən yaxşı müəllimi” müsabiqəsində Nizami Rayon Təhsil Şöbəsinin Fəxri fərmanı ilə (I yer) təltif olunmuşdur.