Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

QÜDRƏT UMUDOV
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Qüdrət Umud oğlu Umudov 16 may 1957-ci ildə Şama­xının Göylər kəndində anadan olmuşdur. Atası Umud Xalıqverdi oğlu ali təhsilli aqronom, anası Mənzumə Rzabala qızı isə evdar qadın olmuşdur.

1964-cü ildə birinci sinfə gedən Q.Umudov 1974-cü ildə Göylər kənd orta məktəbini bitirərək, elə həmin ildə APİ-nin Filologiya fakül­təsinə daxil olur, 1978-ci ildə institutu “Fərq­lənmə diplomu” ilə bitirir. Təyinatla Göylər kənd 8-illik məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başlayır. Bir ildən sonra tədris işləri üzrə direktor müavini təyin olunan Qüdrət müəllim eyni zamanda yerli həmkarlar təşkilatına da rəhbərlik edir.

1980-cı ilin payızında aspiranturaya daxil olmaq üçün Bakıya getsə də, məqsədinə çata bilmir və hərbi xidmətə gedir. SSRİ Müdafiə Nazirli­yinin Moskvanın yaxınlığında yerləşən yüksək rütbəli zabitlərin müalicə olunduğu Mərkəzi Klinik sanatoriyasında vzvod komandiri, həmçinin Moskva Hərbi dairə tribunalında iclasçı hakimin məşvərətçisi kimi də xidmət edir.

1982-ci ilin yayında hərbi xidmətdən qayıdan Qüdrət müəllim pedaqoi fəaliyyətini Göylər kənd orta məktəbində davam etdirir. 1985-ci ilin yaz qəbulunda V.İ.Lenin adına APİ-nin “Folklorşünaslıq” ixtisası üzrə əyani (məqsədli) aspiran­turasına daxil olur. “Azərbaycan folklor­şünaslığının inkişaf  yolları (1930-40-cı illər)” mövzusunda namizədlik dissertasi­yasını uğurla müdafiə edən (1990) Q.Umudov elmi laborato­riyada elmi işçi, baş elmi işçi kimi fəaliyyət göstərir, paralel olaraq “Azərbaycan ədəbiyyatı tarixi” kursları üzrə dərslər aparır.

Qüdrət Umudov hal-hazırda ADPU-nun “Ədəbiyyat” kafed­rasının dosentidir. 3 monoqrafiyanın, “Azərbaycan şifahi xalq ədəbiyyatı mün­təxəbatı”nın, 10-a yaxın dərs vəsaitinin, 9 proqramın 100-dən artıq mə­qa­lənin müəllifidir. “Müstəqillik dövrü Azərbaycan folklorşünaslı­ğının inkişaf problemləri” adlı  doktorluq dissertasiyasını tamamlamaq üzrədir.

Monoqrafiyası:

Folklorşünaslığımızın tarixindən (1920-41-ci illər) Dərs vəsaiti.

Azərbaycan folklorşünaslığı: tarixi problemləri. Bakı, ADPU nəşri, 2011, 273 səh.