Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

QƏRİBƏ MƏMMƏDOVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Qəribə Məmməd qızı Məmmədova 1955-ci ildə Şəmkir rayo­nunda anadan olmuşdur. 1962-ci ildə həmin rayonda orta məktbə daxil olmuş, 1972-ci ildə məktəbi fərqlənmə ilə bitirərək Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuşdur. 1976-cı ildə İnstitutu bitirərək təyinatla Zən­gilan rayonuna ingilis dili müəllimi kimi işə göndərilmiş, 1993-cü ilə kimi həmin rayonda ingilis dili müəllimi işləmişdir. 1993-2001-ci illərdə Şəmkir rayonunda pedaqoji fəaliyyətini davam etdirmişdir. 2002-ci ildən Elm və Təhsil Mərkəzi “Təfək­kür” Univer­sitetində müəllim, baş müəllim və dosent kimi işləmişdir. 2004-cü ildən Azərbaycan Dillər Universitetinin dissertantı olmuş, 2006-cı ildən həm də Azərbaycan Turizm İnstitutunda işləmişdir. 2011-ci ildə dil nəzəriyyəsindən dissertasiya işini müdafiə edərək Filo­logiya üzrə fəlsəfə doktoru elmi adı al­mışdır. 2014-cü ildən Azərbaycan Müəllimlər İnstitu­tunda xarici dillər kafedrasının müdiri işləmişdir. 2016-cı ildən ADPU-nun Xarici dillər kafedrasının baş müəllimi, 2017-ci ildən isə həmin universitetin dosenti kimi pedaqoji fəaliyyətini davam etdirir.

Q.Məmmədova 2 dərs vısaiti, 1 metodik vəsait respubli­ka­daxili 20,  respublikaxarici  2 məqalənin müəllifidir.

Ailəlidir. 3 övladı və 5 nəvəsi var.

Beynəlxalq Sertifikatları:

  1. TKT Module 1- band 3 Baku, February, 2019