Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

HƏCƏR HÜSEYNOVA
(filologiya elmləri doktoru, professor)

2020-ci il dekabr ayının 10-da Bakı şəhərinin Azadlıq meydanında Qələbə paradının keçirilməsinə hazırlıq işləri tamamlanmaq üzzrədir. 

Hərbi mənbələrdən əldə edilmiş məlumata görə, artıq paradla bağlı hazırlıq məşqləri tamamlanıb. Döyüş əməliyyatları zamanı fərqlənən hərbi qulluqçuların bir qismi paradda keçid edəcəklər.

Paradda həmçinin Azərbaycan Silahlı Qüvvələrinin silahlarının tərkibində olan bir sıra silah və texnika, pilotsuz uçuş aparatlarının nümunələri və aviasiya vasitələri nümayiş olunacaq. Eləcə də düşməndən qənimət olaraq götürülən hərbi texnikaların bir qismi nümayiş etdiriləcəkdir.

Hal-hazırda hərbi paradın başlanmasına az vaxt qalıb. Dünya ölkələrinin xalqlarına Azərbaycan Ordusunun döyüş qabiliyyəti nümayiş etdiriləcək. Bir sıra dövlətlərin nümayəndələrinin hərbi paradda iştirakı nəzərdə tutulub. Fəxri qonaqların sırasında qardaş Türkiyə Respublikasının Prezidenti və digər məsul şəxslər də vardır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!