Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

PƏRVİN NURƏLİYEVA
(filologiya üzrə fəlsəfə doktoru, müəllim)

Pərvin Ələmdar qızı Nurəliyeva 1984-cü ildə Bakı şəhə­rində anadan olub. ADPU-nun Filologiya fakültəsinin bakalavr və  magistr pillələrini əla qiymətlərlə bitirib. Daha sonra həmin universitetin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə doktorantura pilləsinə qəbul olub. 2017-ci ildə Xalq yazıçısı Anarın nəsrini tədqiq edərək filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. Hal-hazırda ADPU-da “Ədəbiyyat” kafedrası­nın müəllimidir.

Pərvin Nurəliyeva yaradıcılığa kiçik hekayələr, esselərlə başlayıb. Ən müxtəlif mükafatlara layiq görülüb. Gənclər və İdman Nazirliyinin “İlin gənci”, Mədəniyyət və Turizm Nazir­liyinin “Qızıl Kəlmə”, Ədə­biyyat fondunun Rəsul Rza adına Beynəlxalq  mükafatına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin və Türkiyənin Avrasiya Yazarlar Birliyinin üzvüdür. “Qar yağacaq” və “Balerin”(türkcə), “Dlya Samira” (rusca) adlı nəsr kitablarının müəllifidir. Hekayələri rus, türk, latış və litva dillərinə tərcümə olunaraq müxtəlif xarici ölkə dərgilərdə yayım­lanıb. Xalq yazıçısı Anarın yaradıcılığını təhlil edən “Anar dünyası” kitabının müəllifidir. Türkiyənin Avrasiya Yazarlar Birliyinin “Kitabi Dədə Qorqud” pyes yarışmasında P. Nurəliye­vanın “Aşar keçər Arazı” pyesi mükafata layiq görülüb.

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına, 2015-ci ildə Azərbaycan Res­publikası Prezidentinin Sərəncamı ilə Mətbuat günü münasibəti ilə Fəxri Fərmana layiq görülüb.

Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatın Təbliğatı Bürosunun və “Ədəbiyyatın dostları” klubunun rəhbəridir.

Ailəlidir, bir övladı var.