Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

PƏRİXANIM HÜSEYNOVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Pərixanım Soltan qızı Hüseynova 1962-ci ildə Kürdəmir rayonunun Mollakənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Mollakənd orta məktəbini, 1988-ci ildə ADU-nun (indiki BDU) filo­logiya fakültəsini bitirmişdir.

1991-ci ildə “Azərbaycan məktəbi” jurnalında şöbə redak­toru, “Təh­sil”, “Mozalan” qəzetlərində müxbir, 1993-2007-ci illərdə  “Azər­baycan müəllimi” qəzetində müxbir, ədəbi işçi kimi fəaliyyət göstər­mişdir. Eyni zamanda Bakı şəhəri orta məktəblərdə və Bakı Dövlət Universitetinin  Mir Cəlal Paşayev adına Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim işlə­mişdir. 2003-cü ildə P.Hüseynova dissertasiya  mövzusu müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru  elmi dərəcəsini  almış­dır.   2015-ci ildə  dosent elmi adına layiq görülmüşdür. 2010-2015-ci illərdə Filologiya fakültəsi “Dədə Qorqud” elmi-tədqiqat laborato­riyasında elmi işçi olmuş,   2015-ci ildən Ədə­biyyatın tədrisi metodikası kafedrasına  dosenti vəzifəsinə qəbul edilmişdir. Respublika dövri mət­buatında 50-ə yaxın məqalənin, dərs vəsaiti və monoqrafiyaların müəl­lifi­dir. Uşaqlar üçün nağıl və hekayələr kitabları nəşr olunmuşdur.

  • 2005ci ildə “Xan qızı Natəvan” mükafatına layiq görülmüşdür.
  • 2006-cı ildə “Qızıl qələm” mükafatını almışdır.