Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

PƏRİ PAŞAYEVA
(pedaqogika üzrə fəlsəfə doktoru,dosent, filologiya fakültəsinin dekan müavini )

Pəri Şəmsəddin qızı Paşayeva 1954-cü ildə aprelin 3-də Tovuz rayonunda ziyalı ailəsində anadan olmuşdur.1970-ci ildə Tovuz şəhəri A.S. Puşkin adına orta məktəbi müvəffəqiyyətlə bitirərək ADPU-nun  (keçmiş V.İ.Lenin adına APİ) Filologiya fakültəsinə daxil olmuş, 1976-cı ildə  bitirmişdir.

1982-ildən ADPU-nun Pedaqoji fakültəsində musiqi fənləri və onun tədrisi metodikası kafedrasında baş laborant, 1994-ci ildə Azərbaycan dili və onun tədrisi metodikası kafedra­sında kabinet müdiri  işləmişdir.

1996-cı ildən həmin kafedrada müəllim, 1998-ci ildə kafedranın dissertantı olmuşdur.

2004-cü ildə “İbtidai siniflərdə fonetikanın tədrisinin elmi-metodik əsasları” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almış, 2006-cı ildən kafedrada  baş müəllim kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən dosentdir.

O, 60 elmi-metodik məqalənin müəllifidir. 5 metodik vəsaiti, 4 kitab və 4 proqramı çap olunmuşdur.