Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

NÜŞABƏ İSMAYILOVA
(baş müəllim)

Nüşabə İsmayıl qızı İsmayılova 19 may 1976-cı ildə Naxçıvan MR, Ordubad şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1983-cü ildə Bakı şəhər 95 saylı tam orta məktəbdə ibtidai təhsilə başlamış, 1993-cü ildə Bakı şəhər 285 saylı tam orta məktəbi bitirmişdir.

1994-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun Dilşü­naslıq fakültəsinin müəllimlik şöbəsinə daxil olmuş və 1998-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə Azərbaycan dillər Universitetinin Magistratura şöbəsinin “Dilşünaslıq” ixtisasına daxil olmuş, 2000-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Magistra­tura­da təhsil aldığı illərdə 1 məqalə və 1 tezis müəllifi olmuşdur.

2001-ci ildən Azərbaycan Dövlət Pedaqoji universitetinin “Xarici Dillər” kafedrasının (indiki Xarici Dillər Mərkəzi) müəllimidir. 2015-ci ildən baş müəllim vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

2 proqram, 15 məqalənin müəllifidir.

        Beynəlxalq Sertifikatları:

1.Teaching Knowledge Test (TKT) Module 1-band 3

2.Teaching Knowledge Test (TKT) Module 2-band 3

3.U.S.Embassy.