Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

NİZAMİ XUDİYEV
(filologiya elmlər doktoru, professor, Azərbaycan dilçiliyi kafedrasının müdiri )

Nizami Mənaf oğlu Xudiyev 1949-cu il aprel ayinin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur.1966-1970-ci illər V.İ.Lenin (indiki ADPU) adına Azərbaycan Pedaqoji İnstitutuna  daxil olub, “Nizami Gəncəvi” adına təqaüdlə oxumuş, institutu fərqlən­mə diplomu ilə  bitir­mişdir. Azərbaycan dilçiliyi  kafedrasında müəllim vəzifəsində saxlanılıb.1972-1973-cü illər ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.1974-1979-cu illər  ADPU-nun Filologiya fakültəsi­nin həmkarlar təşkilatının sədri olmuşdur. 1975-1981-ci illər ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında baş müəllim olmuşdur.1978-ci il “Ab­dulla Şaiqin nəsr dili” (leksika və fra­zeo­logiya) mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.1981-1990-cı illər ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında dosenti olmuşdur. 1981-1989-cu illər ADPU-nun filologiya elmləri üzrə ixtisas­laşmış müdafiə şurasının üzvü (10.02.02 – Azərbaycan dili) 1989-cu ildən indiyədək “Sovetskaya türkologiya” (sonralar “Türkologiya”) jurnalı redaksiya heyətinin üzvüdür. 1990-cı ildə professor elmi adı verilmişdir.1990-cı ildən indiyədək ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının professorudur. 1994-1996-cı illər ADPU-nun rektoru,1995-ci il 2 saylı Şərur-Babək seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 1996-2005-ci illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 1996-2013-cü illər Nax­çıvan Dövlət Universitetinin nəzdində filologiya və Vətən tarixi üzrə ix­tisaslaşdırılmış müdafiə şurasının üzvü (N-054-1201)olmuşdur. 1996-cı il Akademik Yusif Məmmədəliyev adına medal və mükafatla təltif olu­nub. 1996-cı ildən indiyədək “Abituriyent” jurnalı redaksiya şurasının üzvü, 1997-ci ildən indiyə­dək AMEA-nın Nəsimi adına Dilçilik İnsti­tutunun Disser­tasiya Şurasının üzvüdür. 1998-ci il “Vətən” mükafatı ilə təltif olunub. 1998-ci il “Araz” ali ədəbi mükafatı ilə təltif olunub. 1999-cu ildən AYB-nin üzvüdür. 2001-ci il “Qızıl qələm”, “Abdulla Şaiq” mükafatı ilə təltif olunub.

2001-ci il Lütfizadə adına Amerika Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2001-ci il Nyu-York Elmlər Akade­miyasının həqiqi üzvü seçilib. 2001-ci il İngiltərənin Kembric Beynəl­xalq Bioqrafiya Mərkəzi tərəfindən 2001-ci il üçün “İlin Beynəlxalq ziyalısı” adına və “Qızıl medal”a layiq görülüb. 2001-ci il Azərbaycan Respublikasının “Əmək­dar elm xadimi” adına layiq görülüb. 2009-cu il Azərbay­can Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. 2012-ci ildə “Azərbaycan Res­publikası Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2013-cü ildə  Ən yaxşı vətənpərvər tədqiqatçı alim “Qızıl medalı” ilə təltif olunub. 14 kitabın və 400-dən artıq elmi  məqalənin müəllifidir

Ailəlidir, 1 oğlu, iki qızı vardır.