Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

NİGAR QASIMZADƏ
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Nigar Feyzulla qızı Qasımzadə 1940-cı ildə Bakı şəhə­rində anadan olub.1957-ci ildə Bakıda 134 saylı orta  məktəbi rus dilində bitirib. 1962-ci ildə S.M.Kirov adına ADU-nun Rus dili və ədəbiyyat fakültəsini bitirib.1978-ci ildə namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi adını alıb.

1965-1976-cı illərdə “Azərbaycan ədəbiyyatı”  kafedra­sında müəl­lim və baş   müəllim, 1976-1983-cü illərdə “Rus və xarici ölkələr ədəbiy­yatı”  kafedrasında baş müəllim, 1983-1994-cü illərd həmin kafedrada dosentvəzifəsində çalışmışdır. İnstitutda struktur dəyişikliyi ilə əlaqədar olaraq, müxtəlif illərdə  “Müasir Azərbaycan və dünya ədəbiyyatı”, “Uşaq ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatı”, “Folklor və qədim ədə­biyyat”, Dünya ədəbiyyatı” kafedralarında dosent vəzifəsində  çalış­mışdır.

2012-2016-sı illərdə Filologiya fakültəsi Elmi Şuranın üzvü olmuş­dur. 40-dan yuxarı elmi-metodik məqalənin müəl­lifidir. Beynəlxalq və respublika konfranslarında məruzələrlə çıxış etmişdir.

Ailəidir,  3 övladı var.

1 dərslik, 2 dərs vəsaitin müəlifidir.