Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

NİGAR MİRZƏYEVA
(müəllim)

Nigar Arif qızı Mirzəyeva 15 aprel 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bakı şəhəri 89 saylı orta məktəbə daxil olmuş, 1993-cü ildə həmin məktəbi bitirmişdir. 1993-1997-ciillərdə Azərbaycan Dövlət Dillər İnstitutunda təhsil almışdır. 2001-ci ildə Azərbaycan DillərUniversitetinin magistratura bölməsinə qəbul olmuş, 2003-cü ildə həmin Universiteti Dilşünaslıq ixtisası üzrə magistr diplomu ilə bitir­mişdir. 2003-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici dillər kafedrasında (indiki Xarici Dillər Mərkəzi) fransız dili müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 2008-ci ildə Fransanın Azər­baycandakı səfirliyinin təşkil etdiyi müsabiqədə qalib gələrək Fransanın Bezanson şəhərində 1 aylıq təkmilləşmə kursu kecmiş və “Didier nəşriyyat evinin” və “CLE İnternational” nəşriyyatının yeni nəşrlərə dair elmi-praktik konfranslarında iştirak etmişdir. N.Mirzəyeva 9 elmi məqalə və 3 proqramın müəllifidir.

1 övladı var.