Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

NAZİLƏ ABDULLAZADƏ
(pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri)

Nazilə Əbdül qızı Abdullazadə 1965-ci il Bakı  şəhərində  ana­­­­dan  olmuşdur. 1971-ci ildə Pirallahıdakı 168  № orta mək­­­­­­tə­­bin birinci sinfinə getmiş, 1981-ci ildə orta­ məktəbi bitirdikdən sonra bir il əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1982-ci ildə indiki Bak Döv­lət Universi­te­ti­nin filologiya fakültəsinə daxil olmuşdur. 1988-ci ildə universiteti bitirib  Xəzər rayonu Zirə qəsəbəsi 241 №li  orta məktəbdə  pedaqoji  fəaliyyətə başla­mışdır. 1994-cü ildə qəsəbədəki 120 ­№li­ məktəbə direktor müavini təyin olunmuşdur.

1997-ci ildə müsabiqə yolu ilə Respublika Peda­qo­ji kadr­ların İxtisasının artırılması və Yenidənhazırlanması İnstitutuna “Təhsilin idarə edil­məsi” kafed­rasına müəllim vəzifəsinə işə qəbul edilmişdir.

1997-ci ildə Azərbaycan dili və ədəbiyyat kafedrasına müəllim keçirilmiş, baş müəllim vəzifəsinə seçilmişdir. 2007-ci ildə  müdafiə edərək  pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə  layiq görül­müşdür.

2009-cu ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutu­t­nun doktorantı kimi “Əliağa Va­hi­din poetikası” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. 2009-2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun elmi katibi, 2010-2011-ci ildə elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır. 2011-ci ildə AAK-nın qərarı ilə Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür.

2004-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi Milli Kurikulum Layihəsi işçi qrupunun, Qiymətləndirmə və Monitorinq Komissiyasının, Respublika Fənn Olimpiadası Azərbaycan dili və ədəbiyyatı fənni üzrə komissiyanın üzvü olmuşdur. 2016-2018-ci illərdə ADPU “Xəbərlər” elmi-metodik jur­nalı “Humanitar, ictimai  və peda­qoji-psixoloji elmlər” və “Riyaziyyat və təbiət fənləri” seriyalarının mə­sul katibi  olmuş­dur. ADPU Apelyasiya Komissiyasının üzvü, İmtahan Qərarga­hının sədri olmuşdur.

Milan, Ukrayna, Qazaxstan, Türkiyə (Konya, Niğde, Amas­ya, Rize, Qaziantep, İzmir, Ankara, Bozok, Adıyaman, Ka­ğızman), Qırğızıstan, Gürcüstan, Qüds və Makedoniyada keçirilən beynəlxalq konfrans və simpoziumların elm və təşkilat komitələrinin üzvü, bölmə rəhbəri olmuş, dəfələrlə məruzəçi kimi çıxış etmişdi­r.

A­li və orta məktəblər üçün 6 dərs vəsa­iti, 2 metodik vəsait,  16 fənn proqramı, xaricdə nəşr olunmuş 19 tezis, 15 məqalə, respublikada 107  jurnal və konfrans  məqaləsinin  müəllifidir.

Ailəlidir, 3 övladı, 2 nəvəsi  var.