Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

NAZDI HƏSƏNOVA
(baş müəllim)

Nazdı Vəli qızı Həsənova 12.06.1957-ci ildə Azərbaycan Respub­likasının Mirbəşir (indiki Tərtər) şəhərində anadan olub.1974-cü ildə Naftalan şəhər 1 saylı orta məktəbi müvəffə­qiyyətlə bitirib. Elə həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə daxil olmuş, 1979-cu ildə institutu bitirmişdir.1993-1998-ci illərdə Naftalan şəhər 2 saylı orta məktəbin təlim-tərbiyə üzrə direktor müavini işləyib. 2000-ci ildə Bakı şəhərində keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, 3-cü yerə layiq gorü­lərək diplomla təltif olunmuşdur. 2006-cı ildən YAP-ın üzvüdür. 2011-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Xarici dillər kafedrasına ingilis dili müəllimi təyin olunmuşdur. 2016-cı ildən ADPU-nun İngilis dili kafedrasında (indiki Xarici Dillər Mər­kəzi) müəllim  işləyir. O, respublika daxilində 11 məqalənin müəllifidir.

Ailəlidir, 3 övladı var.

Beynəlxalq sertifikatları:

1.Teaching Knowledge Test(TKT) Module 1; Band 3