Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

NAİLƏ ƏLİZADƏ
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Nailə Mustafa qızı Əlizadə 1943-cü il 25 avqustda Kirovavad (Gəncə) şəhərində anadan olub. 1959-cu ildə Bakı şəhəri  132 saylı orta məktəbi bitirib. 1959-1964-cu illərdə M.F.Axundov adına APDU-da Qərbi Avropa dilləri fakültəsinin ingilis dili şöbəsində təhsil alıb və institutu fərqlənmə diplomu ilə bitirib.

1964-cü ildən APDU-nun leksika kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. 1960-1974-cü illərdə M.Torez adına Moskva Dövlət Xarici Diilər İnstitutu nəzdində Müəllimlərin İxtisas artırma fakültəsində tam kurs keçib. 1973-1989-cu illərdə həmin  kafedrada baş müəllim, 1994-2000-ci illərdə “İngilis dilinin tarixi və leksikası” kafedrasının müdiri vəzifəsində işləyib. 2000-2008-ci illərdə həmin kafedranın dosenti olub. 2008-ci ildə  ADPU nun İngilis dili onun tədrisi metodikası kafedrasının (indiki Xarici Dillər Mərkəzinin) dosentidir.

N.Əlizadə 28 məqalə və tezis, 1 metodik vəsait, 1 lüğət, 67 proqramın  müəllifidir

Ailəlidir. 1 oğlu, 1 qızı və 4  nəvəsi var.