Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

NADİR ABDULLAYEV
(pedaqogika üzrə fəlsəfə doktoru, professor)

Nadir Əziz oğlu Abdullayev 1935-ci il avqustun 15-də Göyçay rayonunun Qazaman kəndində anadan olmuşdur.1950-ci ildə Qaraman kənd yeddiillik məktəbini, 1954-ci ildə Göyçay Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1954-1959-cu illərdə ADPU-nun Tarix-filologiya fakültəsində təhsil alıb, Sumqayıt şəhəri 2 nömrəli inter­nat məktəbində müəllim olmuşdur.

1962-1965-ci illər ADPU, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında aspirant olmuşdur.1966-1992-ci illər Azər­bay­can dili və onun tədrisi texnologiyası kafedra­sında dosent olmuş­dur.1992-ci ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafed­rasının professorudur.

2006-2007-ci illərdə Dünya bankı və Təhsil Nazirliyinin pedaqoji təhsil sistemində “Azərbaycan dilinin tədrisi meto­dikası” və “Azər­baycan dilinin tədrisi” fənlərinə aid Təhsil Sektorunun inkişaf layihəsi üzrə milli məsləhətçi olmuşdur. Alim 26 adda elmi-metodik əsərin, dərslik, dərs vəsaitinin və150-dən artıq məqalənin müəllifidir.

Mükafatlar:

İlin müəllimi, Qabaqcıl maarif xadimi, Əməkdar müəllim