Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

NABAT CƏFƏROVA
(pedaqogika üzrə elmlər doktoru, dosent)

15 dekabr 1953-cü ildə Quba rayonunun Puçuq kəndində anadan ol­muş­dur. 1961-1971-ci illərdə Quba rayonu Qonaqkənd qəsəbə orta mək­təbində, 1980-1985-ci illərdə V.İ.Lenin adına APİ-də (indiki ADPU)  ali təhsil alıb. 1985-1988-ci  illərdə Quba rayonu Qo­naq­kənd qəsəbə orta məktəbin­də müəllim işləyib.

1988-ci ildə Azər­bay­can Elmi-Tədqiqat Pedaqoji Elm­lər İnstitutunun əyani aspiranturasına daxil olub. “İki­dillilik şəraitində uşaqların Azər­bay­can dilində təlimə hazırlanmaları üzrə işin sistemi” mövzusunda  nami­zəd­lik (1992), “İbtidai siniflərin Azər­­­­baycan dili dərs­lərində morfo­loji qaydaların öyrənilməsi üzrə işin sis­temi” mövzusunda doktorluq (2016) dissertasiyası müdafiə edib.

N.Cəfərova  Azərbaycan Respublikasının Təhsil Problemləri  İnstitu­tunda  baş elmi işçi (1990-2001), Azərbaycan Müəllimlər İnstitutunda dosent (2002-2016), 2016-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universi­te­tinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında dosent vəzifəsində çalışır. Nabat Cəfərova elmi yaradıcılıq sahəsində zəhmətkeş və məhsuldar alimdir, onun 2 monoqrafiya, 7 dərslik, 2 dərs vəsaiti,  5  təd­ris proqramı, 6 metodik vəsait, 120-dən çox elmi mə­qalə, o cümlədən 12 tezis və publisistik qəzet yazısı işıq üzü görüb.

Onun əsərləri Moskva, Kursk, Voronej, Səmərqənd, Astana, Tolyatti, Kanada, Ankara şəhərlərinin nüfuzlu jurnallarında və İmpakt, Tomson Rötörs el­mi məcmuələrində rus, ingilis, türk, özbək dillərində cap edilib. 24 müx­təlif  sertifikatın  sahibidir.