Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

NƏRGİZ RAMİZZADƏ
(fakültə tyutoru)

Nərgiz Ruslan qızı Ramizzadə 01 yanvar 1989-cu ildə Qubadlı rayonunda anadan olmuşdur. 1995-2006-cı illərdə A.Məmmədov adına 115 saylı məktəbdə orta təhsilini başa vurmuş, 2001-2008-ci illərdə Ə.Mehdiyev adına uşaq musiqi məktəbinin fortepiano sinfini bitirmişdir. N.R.Ramizzadə 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuş və 2010-cu  ildə həmin ali məktəbi bitirmişdir. 2010-2011-ci illərdə Bakı Slavyan Universitetinin Əlavə təhsil fakültəsinin Psixologiya şöbəsini bitirmişdir.2011-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Maarif ixtisası üzrə magistr dərəcəsi alan N.R.Ramizzadə 2015-ci ildənAzərbaycan Dövlət Pedaqoji Universitetində  Azərbaycan dilinin tədrisi metodikası ixtisası üzrə dok­toranturada təhsilini davam etdirir. 2014-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Filologiya  faklütəsində tyutor vəzifəsində çalışır. Rus, İngilis, Türk və Fars dillərini bilir. Azərbaycan Dövlət Pedaqoji Universitetində 21.04.2014 –13.06.2014-cü il tarixlərində təşkil olunmuş tyutor xidmətinin əsasları üzrə 320 saat həcmində kursu bitir­mişdir. Beynəlxalq və yerli konfranslarda iştirak etmiş, çıxışçı və iştirak­çı sertifikatları almışdır. Məqalə və tezislər müəllifidir.

Ailəlidir.