Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MÜASİR AZƏRBAYCAN DİLİ KAFEDRASI

 

Kafedra 1989-cu ildə mərhum alim filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, 2 çağırış millət vəkili, Prezident təqaüdçüsü, Şöhrət ordenli Həsən Mirzəyevin təşəbbüsü ilə yaradılmış və rəhbərlik etmiş, bu günə qədər də fəaliyyət göstərir. Kafedranın 12 nəfər əməkdaşından 5 nəfəri professor, 6 nəfəri dosent, 1 nəfəri baş müəllimdir.

2015-ci ilin dekabr ayından 2018-ci ilin dekabr ayına qədər kafedranın müdiri f.ü.e.d., prof. Mahirə Hüseynova olmuşdur. 2018-ci ilin dekabr ayından kafedranın müdiri f.ü.e.d., prof. Buludxan Xəlilovdur.

Müasir Azərbaycan dili kafedrasında bakalavr pilləsində tədris olunan fənlər: Müasir Azərbaycan dilinin fonetikası, Müasir Azərbaycan dilinin leksikası, Müasir Azərbaycan dilinin morfologiyası, Müasir Azərbaycan dilinin sintaksisi, Türk dillərinin müqayisəsi, Seçmə fənn (Azərbaycan dilində feil), Müasir Azərbaycan dili (fransız dili müəllimliyi ixtisasında), Müasir Azərbaycan dili (ingilis dili müəllimliyi ixtisasında), Müasir türk dili (ingilis dili müəllimliyi ixtisasında).