Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MİRVARİ QASIMOVA
(baş müəllim)

Mirvari Məmməd qızı Qasımova 28 avqust 1980-ci ildə Ermə­nistan Respublikası Krasnoselo rayonu Şorca kəndində anadan olub.1997-ci ildə Bakı şəhərı, 115 saylı məktəbi bitir­mişdir. Elə həmin il 1997-ci ildə Azərbaycan Dillər Univer­site­tinin Pedaqoji (ingilis və fransız dilləri) fakültəsinə daxil olub, 2001-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildə Azərbaycan Dillər Universitetinin magistratura şöbəsi Dilşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən Azərbaycan Dövlət Pedaqoji Uneversiteti Xarici dillər kafedrasında müəllim, 2009-cu ildən baş müəllim vəzifəsində çalışır. 2016-cı ildə dissertasiya mövzusunu tamamlayaraq 2018-ci ildə müdafiə etmişdir. 2013-cü ildən Filologiya fakültəsi Dövlət İmtahan Komis­siyasının, 2019-cu ildən Filologiya fakül­tə­sinin Xarici Dillər Mərkəzi Elmi Tədris-Metodiki Şurasının katibidir. M.Qasımova respublika da­xilində 3 proqram, 5 tezis və 15 məqalənin,  respublika xaricində 2 məqa­lənin müəllifidir.

Ailəlidir, 2 övladı var.

Beynəxalq Sertifikatları:

1.IELTS Certificate (International English Language Testing System) – Band 7.5 , CEFR Level C1

2.Teaching Knowledge Test (TKT) Module 1-band 4

3.Teaching Knowledge Test (TKT) Module 2-band 3