Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MİNAYƏ MƏMMƏDOVA
(müəllim)

Minayə Əflatun qızı Məmmədova 7 may 1985-ci ildə Bakı şəhərin­də anadan olmuşdur. 1991-ci ildə Bakı şəhəriYasamal rayonu 176 saylı orta məktəbə getmiş və  2001-ci ildə həmin məktəbi bitirib, test üsulu ilə Azərbaycan Beynəlxalq Universitetinin Filologiya fakültəsinin, İngilis dili ixtisası üzrə daxil olmuşdur. 2005-ci ildə bakalavr pilləsi üzrə təhsilini bitirmişdir. 2011-ci ildə Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsinə daxil olmuş və 2013-cü ildə magistratura pilləsi üzrə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə Naxçıvan Dövlət Universitetinin doktorantura və dissertantura şöbəsinə daxil olmuşdur. 10 may 2006-cı ildən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin Dövlət Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış və Elmi Tədqiqat İnstitutu “Xəzərdənizlayihə ETİ”-də Layihələrin hazırlan­ması və buraxılışı şöbəsində tərcüməçi vəzifəsində çalışmışdır. 1dekabr 2010-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetin Filologiya fakültəsində əvvəlcə Xarici dillər, sonra İngilis dili kafedrasında böyük laborant, 2017-ci ildə saat hesabı müəllim, 2018-ci ildən müsabiqə yolu ilə Xarici dillər mərkəzində müəllim vəzifəsində çalışır. M.Məmmədova 1 metodik vəsait, respublikada 16, respublikadan kənardaisə 2 məqalənin müəllifidir.

Ailəlidir. İki övladı var.

1.Teaching Knowledge Test (TKT) Module 1; Band 3