Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MİNAXANIM NƏZƏROVA
(filologiya üzrə fəlsəfə doktoru, baş müəllim )

Minaxanım Ataxan qızı Nəzərova 23 sentyabr 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1956-cı ildə Bakı şəhəri 44 saylı orta mək­təbin birinci sinfinə qəbul olunmuş, 1966-cı ildə həmin məktəbin onuncu sinifini bitirmişdir. 1973-cü ildə V.İ.Lenin adına APİ-nin Filologiya fakül­təsinin I kursuna qəbul olunmuş, 1977-ci ildə həmin institutu fərq­lən­mə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1982-ci ildə V.İ.Lenin adına APİ-nin Orta məktəbin ixtisasartırma fakültəsinin nəzdində olan “Orta məktəbi idarəetmə” kafedrasında baş laborant kimi başlamışdır. Həmin fakültənin bağlanması ilə əlaqədar 1989-cu ildə institutun Müasir Azərbaycan dili kafedrasında baş laborant kimi fəaliyyətinə davam etmişdir.

1993-cü ildə akademik Ş.Şirəliyevin elmi-yaradıcılığı ilə bağlı tədqiqat aparmışdır. O, ADPU-nun dissertantı olmuş, həmin mövzu ilə bağlı bir sıra məqalələr çap etdirmişdir. O cümlədən, 1995-ci ildə “Türk dillərinin dialektoloji atlasının hazırlanması işində M.Ş.Şirəliyevin rolu”adlı məqaləsi (Türk lehçeleri və edebiyyatı dergisi. Sayı 4, Ankara, 1995) Türkiyədə çap edilmişdir. 2004-cü il oktyabrın 26-da AMEA-da “M.Ş.Şirəliyevin Azərbaycan dilinin inkişafında rolu” mövzu­sunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2006-cı ildə Müasir Azərbaycan dili kafedrasına müəllim təyin edilmiş­dir. 2009-cu ildən həmin kafedranın baş müəllimidir.

1 tezis, 1 monoqrafiyanın, bakalavr üzrə 2 proqramın, 1 dərs vəsaiti və bir sıra məqalələrin müəllifidir. 1993-cü ildən YAP-ın üzvüdür.

Ailəlidir. 2 övladı var.