Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MİNƏXANIM NURİYEVA
(filologiya elmləri doktoru, professor)

Minəxanım Allahşükür qızı Nuriyeva 1949-cu ildə Cəlila­bad rayo­nunda anadan olmuşdur.1967-1971-ci illərdə ADPU-nun Filologiya fakül­təsində bakalavr təhsili almışdır.

1974-1989-cu illərdə ADPU-nun Filologiya fakültəsində laborant, 1989-cu ildən ADPU-nun Filologiya fakültəsinin müəllimidir.1983-cü ildə dissertasiyasını müdafiə edərək filolo­giya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1995-ci ildə Pedaqoji Universitetin dosenti seçilmiş­dir. 2004-cü ildə “Rus dilində türk sözləri” mövzusunda doktorluq dis­ser­tasiyasını müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərə­cə­sini almışdır. 2006-cı ildə həmin universitetin professorudur.

2008-ci ildən Qafqaz Universitetində Pedaqoji fakültə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi işləmişdir. O, 13 kitabın və 47 elmi məqalənin müəllifidir.