Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MEHRİBAN MAHMUDOVA
(baş müəllim)

Mehriban Akif qızı Mahmudova 1966-cı il aprel ayının 26-da Bərdə rayonunda anadan olub. 1973-cü ildə Bərdə rayonunun 3 saylı orta məktəbinə daxil olmuş, 1983-cü ildə bitirmişdir. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə qəbul olub. 1992-ci ildə institutu yaxşı qiymətlərlə bitib. 1990-cı ildən ADPU-da tədris şöbəsində tabelçi vəzifəsində, 1995-ci ildən Xarici Dillər kafedrasında baş laborant, 2008-ci ildən isəmüəllim vəzifəsində çalışır. 2012-ci ildən “Ingilis dili və onun tədrisi metodikasi” kafedrasının dissertantıdır. Dissertasiya möv­zusu “Azərbaycan və ingilis dillərində adyektivləşmə”dir. Mövzusu ilə bağlı xaricdə 1 məqaləsi, respublikada 11 tezisi, 2  məqaləsi çap olunub. Bey­nəlxalq və Respublika konfranslarında iştirak edib. Hal-hazırda 10 məqalə 13 tezis və 1 dərs vəsaiti var. M.Mahmudova respub­lika daxi­lində  22, respublikadan xaricdə 1 məqalənin müəllifidir.