Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MAYA KƏRİMOVA
(pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim)

Maya Rəhim qızı Kərimova 1966-cı il avqustun 8-də Bakı şəhərində anadan olub.1983-cü ildə 158 saylı orta məktəbi bitirib.1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika və psixologiya (məktəbəqədər) fakültəsini fərqlən­mə diplomu ilə bitirib. 1995-ci ildən ADPU-nun “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasının baş laborantı olmuşdur. 2003-cü ildən ADPU-nun “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” kafedrasının müəllimi vəzifəsində çalışmışdır.2013-cü ildə “Uşaqların şifahi nitqinin inkişafında bağça ilə məktəb arasında varisliyin imkanları və yolları” möv­zusunda dissertasiya müdafiə etmişdir. 2016-cı ildən ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafed­rasında müəllimdir. 26 elmi-metodik məqalə­nin müəllifidir.