Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MARAL YUSUBOVA
(baş müəllim)

Maral Ağayar qızı Yusubova 1 may 1963-cü ildə Lənkə­ran rayonunda anadan olub. 1980-ci ildə Lənkəran rayonunda 2 saylı orta  məktəbi bitirib. Elə  həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olub. 1985-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutununİngilis dili fakültəsini bitirib. 1985-1990-cı illərdə Lənkəran şəhər 10 saylı orta məktəbdə müəllim işləyib. 1990-2004-cü illərdə Lənkəran Dövlət Univers­itetində müəllim işləyib. 2005-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin İngilis dili və onun tədrisi metodikası kafedrasında (indiki Xarici Dillər Mərkəzi) baş müəllim işləyir.2006-cı ildə fəlsəfə doktoru proqramı üzrə  1901.01- “ İngilis və Azərbaycan  dillərində vasitəli və vasitəsiz nitq” dil nəzəriyyəsi ixtisa­sına Lənkəran Dövlət Universitetinin Xarici Dillər kafedrasında disser­tant qəbul olunub. M. Yusubova res­pub­lika daxilində 3 dərs vəsaiti, 1 proqram, 3 tezis, 17 məqalə, respublika  xaricində  2 məqalənin müəllifi­dir.

Ailəlidir. 2 övladı var.

Beynəlxalq Sertifikatları:

1.İELTS ( academic)- overall band score 6,5 CEFR level B2

2.Teaching  Knowledge Test (TKT) Module 1- band 3